• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

BTMİF prezidenti YTB rəhbəri ilə görüşdü

BTMİF prezidenti YTB rəhbəri ilə görüşdü
22.01.2023 18:00
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Qurumunun (YTB) rəhbəri Abdullah Eren ilə görüşüb.
 
Bu barədə fonddan bildirib.
 
Görüşdə Günay Əfəndiyeva təşkilat tərəfindən türk xalqlarının zəngin mədəniyyətinin mühafizə edilməsi və yaşadılmasına yönələn layihələrdən, keçirilmiş tədbirlərdən, çap olunmuş nəşrlərdən bəhs edib. O, müxtəlif ölkələrin ərazisində məskunlaşmış azsaylı türk etnik əsilli xalqlarla fondun geniş əlaqələrə malik olmasını nəzərə çatdıraraq, təşkilatın mərkəzi qərargahında rəsmilərin, eləcə də icma nümayəndələrinin iştirakı ilə konfransların, sərgilərin həyata keçirildiyini vurğulayıb.
 
YTB-nin rəhbəri Abdullah Eren Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk xalqlarına göstərilən diqqəti yüksək qiymətləndirib. O, ortaq tarixə və mədəniyyətə sahib türk xalqları ilə bağlı çalışmaların aparılmasının rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən olduğu barədə məlumat verib. Abdullah Eren bu səpkidə qurumun təşkilat ilə birgə əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.

Görüş qarşılıqlı əlaqələrin gələcək perspektivlərinin dəyərləndirilməsi ilə davam edib. (modern.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol