Bu adamlar gec qocalırlar

17:22 | 31.10.2015
Bu adamlar gec qocalırlar

Bu adamlar gec qocalırlar

Əgər cavanlıqda çoxlu tərəvəz və meyvə yeyirlərsə...

Minneapolisdə Kardiologiya İnstitutunun elmi əməkdaşları gəncləri sağlamlıqlarının qayğısına qalmağa və bacardıqları qədər çoxlu tərəvəz, meyvə yeməyə çağırırlar. Bu məlumatı AZƏRTAC İnforming saytına istinadla verir.

Tədqiqatın müəllifi Mişel Midema deyir: "Düzgün qidalanmaq üçün qocalığı gözləmək lazım deyil. Yadınızda saxlayın ki, sağlamlığın təməli gənc yaşlarında qoyulur və insanın qida rasionu onun qocalıqda ürək-damar sisteminin vəziyyətinə təsir göstərir”.

Qeyd edək ki, bir qrup alim öz tədqiqatına 1985-ci ildən başlayıb. Bu müddət ərzində mütəxəssislər könüllülərin həyat tərzi və nə ilə qidalanmaları haqqında məlumat toplayıblar. Məlum olub ki, gündəlik tərəvəz və meyvə yeyən iştirakçılar ürək-damar sistemin problemlərindən daha az əziyyət çəkiblər.

Alimlər əldə edilmiş məlumatlara əsasən gənclərin qoca yaşlarında sağlamlıqla bağlı ciddi problemlər yaşamamaları üçün rasionlarına tərəvəz və meyvələr daxil etməyi məsləhət görürlər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM