Əhməd Əl Şaraa Hakan Fidanı qəbul edib

Suriya Prezidenti Əhməd Əl Şaraa Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.Bu barədə Suriyanın Prezident Administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb.
Görüşdə Suriya ilə Türkiyə arasında əlaqələrin gücləndirilməsi və regionda baş verən son hadisələr müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə koordinasiya və məsləhətləşmələrin davam etdirilməsinin, həmçinin regionda təhlükəsizlik və sabitliyin dəstəklənməsinin vacibliyini vurğulayıblar.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























