Bu ailə evdə nəhəng öküz saxlayır - VİDEO

16:15 | 15.02.2017
Bu ailə evdə nəhəng öküz saxlayır - VİDEO

Bu ailə evdə nəhəng öküz saxlayır - VİDEO

ABŞ-ın Texas ştatında yaşayan Ronni və Şeron Bricisin ailəsində ağırlığı 1300 kq olan bizon var.

Milli.Az ABC-yə istinadən bildirir ki, "Wild Thing" adlı bu nəhəng buğa ər-arvadla birlikdə yemək yeyir, televizora baxır, evdə dolaşır, hətta vanna qəbul edir.
10 il əvvəl Ronni və Şeronun toylarında "Wild Thing" təzə bəyin sağdışı da olub.

"Bu öküz ailənin bir üzvüdür. Onunla birlikdə vaxt keçirməkdən həzz alırıq. Amma "Wild Thing" nəhəng olduğundan evdə bəzi qapıları dəyişməli, enlətməli olduq.

60 yaşlı Ronni fermerdir və əvvəllər 52 bizondan ibarət naxırı vardı. Lakin gözləri zəifləyəndən sonra sadəcə, "Wild Thing"i saxlayıb.

44 yaşlı Şeron isə öküzü qəzəbləndirməməyə çalışdıqlarını söyləyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM