Bu balıq növü hər kəsi şoka saldı - VİDEO

17:03 | 02.06.2015
Bu balıq növü hər kəsi şoka saldı - VİDEO

Bu balıq növü hər kəsi şoka saldı - VİDEO

Avstraliyada kəşf edilən və ilkin olaraq "dırmanan balıq" adı qoyulan canlı ölkə əhalisinin kabusuna çevrilib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ağaca çıxa bilən, quruda nəfəs almağı bacaran və digər canlıları öldürən balığın ortaya çıxması bölgə təbiəti üçün təhdid hesab olunur.

Bu balıqlar pulcuqlarının, eləcə də qəlsəmələrinin köməkliyi ilə quruda irəliləyir, ağaclara çıxır, həmçinin özünə düşmən hesab etdikləri digər varlıqları boğub öldürə bilirlər. 

Quruda da nəfəs almaq üçün daxili orqana sahib olan bu balıqlar hətta kirli kanalizasiya sularında belə günlərlə canlı qalırlar. Alimlər hesab edir ki, "dırmanan balıq" bölgədəki digər adi balıq növləri, eləcə də quşlar üçün təhlükəlidir.

"DailyMail"ə açıqlama verən mütəxəssislər bu nəsil balıqların artmasından qorxduqlarını deyiblər. Onlar əlavə ediblər ki, balıqçılar, adi insanlar bu cür heyvana rast gələrlərsə, onları dəniz sahilinə gətirməsinlər və çox diqqətli olsunlar. 

Balığın uzunluğu əsasən 10-20 santimetr olur və bəzi hallarda 25 santimetrə qədər uzanır. 

Avstraliya Balıqçılıq Nazirliyi bununla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, bu növ balıqların Papua-Yeni Qvineyadan gəldiyi ehtimal olunur və indiki halda sadəcə Boigu və Saibai adalarında tez-tez rast gəlinib. 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM