Bu ev ailəni didərgin saldı - FOTOLAR

23:00 | 28.07.2015
Bu ev ailəni didərgin saldı - FOTOLAR

Bu ev ailəni didərgin saldı - FOTOLAR

Evdə tapılan gizli pilləkənin sonundakı otaq ailəni qorxuya salıb və onlar evi tərk ediblər.
 
 

ANN.Az türk mediasına istinadən xəbər verir ki, 10 il əvvəl inşa edilən evdə yaşayan ailə bir gün uşaqların yataq otağındakı orta divarın arxasından müxtəlif səslər eşitməyə başlayıblar. Əvvəl bunun fərqində olmayıb, səslərin qonşu mənzillərdən gəldiyini düşünüblər.
 
 

Bir gün uşaqlar evdə oynayarkən onlardan biri həmin divar boyunca quraşdırılan kitab şkafına dəyir. Bu zaman kitab şkafı öz-özündən açılmağa başlayır və üzüaşağı dəmir pilləkənlər görünməyə başlayır. Bunu görən uşaqlar valideynlərini çağırırlar. Ailə dərhal polisə müraciət edir.
 
 
 
 

Polis gələnə qədər isə böyüklər dəmir pilləkənlə aşağı enməyə başlayırlar.
 
 
 
Bu zaman pilləkənlərin sonunda balaca bir otaq görürlər. Həmin otaq o qədər balaca olur ki, valideynlər ancaq diz üstə dayana bilirlər, amma yenə də başları tavana dəyir.
 
 
 
Onlar içəri girmək istəsələr də, qapını açmaq mümkün olmur. Ora-buranı axtarandan sonra qəribə formalı açarı tapırlar. Onu açıb içəri keçəndə isə dəhşətə gəlirlər. Balaca otaqda qədmidən qalma kuklalar olmaqla bərabər uşaqların otağından gətirilmiş banan qabığı, uşaqlara aid kuklalar görünür. 
 
 
 
 


Bunu görən ailə dəhşətə gəlir və dərhal mənzili tərk edirlər. 

Hazırda mütəxəssislər sirli mənzili, dəmir pilləkənləri olan balaca otaqla bağlı araşdırmalarını davam etdirirlər.

Nuray


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM