"Popun kralı" (King of the Pop) hesab edilən Maykl Ceksonun əl işləri satışa çıxarılır.
Maykl Ceksonun eskizləri noyabrın 9-dan etibarən satışa qoyulacaq.
Əfsanəvi müğənninin cızmaqaraları arasında ailə üzvlərinin, xüsusən də, bacıları Latoya və Canetin də şəkilləri var.
Eskizlər 1985-ci ilə aiddir. Müğənni aralarında öz şəkillərinin də olduğu cızmaqaraları onun plastik cərrahı Stivn M. Hoefflin-ə həddiyyə etmişdi.
Fotoların qiyməti 200 min dollar olacaq.
Qeyd edək ki, Maykl Cekson 2009-cu ildə Los Ancelesdə dünyasını dəyişib./milli.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !