Bu futbolçunun qardaşı güllələndi

13:48 | 13.07.2020
İngiltərənin "Tottenhem" klubunun futbolçusu Serj Oryenin qardaşı Kristofer Orye güllələnib. 

Anews.az "Report"-a istinadən xəbər verir ki, o, Fransanın Tuluza şəhərində səhər saatlarında gecə klubunun yaxınlığında öldürülüb. 

K. Orye 26 yaşında vəfat edib. Onu xəstəxanaya aparsalar da həyatını xilas etmək mümkün olmayıb. 

Polis hadisə ilə bağlı araşdırma aparır. 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM