Bu gün atəşfəşanlıq olacaq - VİDEO

17:15 | 14.07.2014
Bu gün atəşfəşanlıq olacaq - VİDEO

Bu gün atəşfəşanlıq olacaq - VİDEO

Bu axşam Milli Parkda konsert olacaq. ANS TV-nin məlumatına görə, Dənizkənarı Milli Parkda keçiriləcək konsert ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunub. Artıq Milli Parkda hazırlıq işlərinə başlanılıb. Saat qülləsinin yanında səhnə quraşdırılıb. Konsertlə bağlı təhlükəsizlik tədbirləri də görülüb. Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, Milli Parkın bütün əməkdaşları konsert qurtarana qədər ərazidə olacaq və gücləndirilmiş iş rejimi ilə işləyəcəklər. "Bu işdə bizə Səbail Rayon Polis İdarəsi də yaxından köməklik göstərəcək".Axşam saat 21:00-da başlanacaq konsertin sonunda atəşfəşanlıq olacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM