Bu gün daha bir yol təmirə bağlanır

13:02 | 12.11.2014
Bu gün daha bir yol təmirə bağlanır

Bu gün daha bir yol təmirə bağlanır

Bakıda növbəti bir yol təmir üçün bağlanır.

ANN.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu haqda məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilib.

Bildirilib ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Xocalı prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM