Bu gün Günəş tutulacaq

09:13 | 29.04.2014
Bu gün Günəş tutulacaq

Bu gün Günəş tutulacaq

Bu gün 2014-cü ilin ilk Günəş tutulması baş verəcək.ANS PRESS-in xəbərinə görə, Günəş tutulması Bakı vaxtı ilə 8:54-də başlayacaq, 13:14-də başa çatacaq. Baş verəcək astronomik hadisə - qövsvari Günəş tutulması adlanacaq. Tutulma daha çox Antraktida qitəsində müşahidə olunacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov astronomik hadisə ilə bağlı bildirib ki, Günəş tutulması kimi təbiət hadisələri insan səhhətinə heç bir mənfi təsir etmir."Sadəcə olaraq, belə hadisələr baş verəndə psixoloji baxımdan zəif olan insanlar özlərini qorxudurlar. Əslində isə bu normal təbiət hadisəsidir, həmişə olub və olacaq. İnsanlar belə hadisələr baş verəndə özlərini gərgin vəziyyətdə saxlamalı deyillər"- deyə Xıdır Mikayılov sözlərinə əlavə edib.Onu da qeyd edək ki, bu hadisə eyni zamanda Avstraliya, Hind okeanı, Antarktida və İndoneziyanın bəzi adalarında da müşahidə ediləcək. Lakin həmin tutulma Azərbaycanda görünməyəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti