Bu gün I və IV ixtisas qrupları üzrə növbəti imtahan keçirilir

10:38 | 17.07.2014
Bu gün I və IV ixtisas qrupları üzrə növbəti imtahan keçirilir

Bu gün I və IV ixtisas qrupları üzrə növbəti imtahan keçirilir

Bu gündən etibarən I və IV ixtisas qrupları üzrə qabiliyyət imtahanları keçiriləcək.
ANN.Az Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının saytına istinadən xəbər verir ki, iyul ayının 17-dən 27-dək I və IV ixtisas qrupları üzrə ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları keçiriləcək.
Ali təhsil müəssisələrinə ərizə qəbulu mərhələsində xüsusi qabiliyyət tələb edən ixtisaslara qrafik üzrə seçmə turlar keçirilib. Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılıb və yoxlamadan müvəffəqiyyətlə keçənlər qabiliyyət imtahanlarında iştirak etmək üçün internet vasitəsilə qeydiyyata alınıb.
Müvafiq qrupların test imtahanı nəticəsində müsabiqə şərtini ödəmiş abituriyentlər onlar üçün müəyyənləşdirilmiş vaxtda qabiliyyət imtahanı verəcəklər.
Bu ildən etibarən bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarının gedişi videolentə alınacaq.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM