Bu gün Milli Məclisin növbəti plenar iclasıdır

10:28 | 04.03.2014
Bu gün Milli Məclisin növbəti plenar iclasıdır

Bu gün Milli Məclisin növbəti plenar iclasıdır

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.Milli Məclisin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, əvvəlcə iclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək.Milli Məclisin deputatları “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxacaqlar. Həmçinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.Deputatlar “Akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanun layihəsini ikinci oxunuşda nəzərdən keçirəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM