Bu gün Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək

11:51 | 30.04.2023
Bu gün Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək

Bu gün Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək

Bu gün 2023 Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.

Qran Prinin üçüncü günü əsas yarışlar keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, 28-30 aprel tarixlərində keçirilən Qran Prinin 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Formula 1 sıralama yürüşündə "Ferrari" pilotu Şarl Lekler yarışın birincisi olub. "Red Bull"un pilotu Maks Ferstappen ikinci, "Ferrari”nin digər pilotu Serxio Peres isə üçüncü yerdə qərarlaşıb.

Formula 2 komandalarının sıralama yürüşündə isə Preme Racing” komandasının pilotu Oliver Berman qalib olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM