Bu həftə Perinatal Mərkəzdə təmir işləri başlayacaq

13:30 | 17.10.2024
Bu həftə Perinatal Mərkəzdə təmir işləri başlayacaq

Bu həftə Perinatal Mərkəzdə təmir işləri başlayacaq

Bu həftə ərzində Respublika Perinatal Mərkəzinin təmir
işlərinə başlanılacaq. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Bayramov deyib.

O bildirib ki, təmir işləri ilə bağlı tender elanı yekunlaşıb və aiddıyyatı qurumlarla bu məsələ razılaşdırılıb.

Mərkəzə isə direktor təyinatı hələ olmayıb.

Respublika Perinatal Mərkəzində bu ilin yanvarında yanğın baş verib.Hadisə nəticəsində 7 körpə ölüb. Baş verən yanğınla bağlı Baş Prokurorluq cinayət işi açıb və 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM