Bu il daxil olmaqla Qarabağa 19 milyard manat ayrılıb

13:42 | 23.09.2024
Bu il daxil olmaqla Qarabağa 19 milyard manat ayrılıb

Bu il daxil olmaqla Qarabağa 19 milyard manat ayrılıb

Bu il də daxil olmaqla Qarabağ 19 milyard manat xərclənməsi nəzərdə tutulur. Bunu ölkə başçısı İlham Əliyev bu gün Milli Məclisin keçirilən ilk iclasında deyib. 
 
O bildirib ki, Qarabağa əhalinin köçürülməsi prosesi bundan sonra da davam edəcək. 
 
Əliyev söyləyib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda dirçəlməsi istiqamətində işlər aparılır.  
 
2024-cü ilin birinci yarısında Qarabağa 767 ailə olmaqla, 2904 nəfər Şuşa, Füzuli və Laçın şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndlərinə köçürülüb. 
 
Bundan əvvəl Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq.

Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.

Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
 
Aytac 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür