Bu il Milli Məclis 268 qərar və qanun qəbul edib - Payız sessiyası başa çatıb

12:38 | 30.12.2023
Bu il Milli Məclis 268 qərar və qanun qəbul edib  - Payız sessiyası başa çatıb

Bu il Milli Məclis 268 qərar və qanun qəbul edib - Payız sessiyası başa çatıb

2023-cü il Milli Məclis 268 qanun qəbul edib. Bunu Parlamentin spikeri Sahibə Qafarova deyib. 
 
"Bu gün "Payız sessiyasının son iclasıdır. Bu sessiyada 16 iclas keçirilib. 100 qərar və qanuna baxılıb. 2023-cü il 39 plenar iclas keçirilib. 268 qanun və qərar qəbul edilib", - spiker dekabrın 30-da Milli Məclisin plenar iclasında çıxışında bildirib. 
 
O bildirib ki, bu il Parlamentdə 15 dinləmə keçirilib. 
 
Bununla yanaşı Milli Məclisin 2 xüsusi iclası baş tutub.  
 
105 deputat 65 ölkədə səfər edib. 
 
688 nəfər xarici qonaq Parlamentdə qonaq olub. 
 
Təqdimatdan sonra Sahibə Qafarova Milli Məclisin "Payız sesisyası"nı bağlı elan edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb