Bu il çörək bol olacaq

16:55 | 18.02.2015
Bu il çörək bol olacaq

Bu il çörək bol olacaq

Kənd Təsərrüfatı Nazirliyinin irəli sürdüyü təkliflərdə Aqrar sığortası olmayan fermerlərə də subsidiyaların verilməsi nəzərdə tutulub. 

Bu barədə ANS -ə müsahibəsində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, hazırda subsidiyaların verilməsi ilə bağlı təkmilləşdirmə işləri aparılır. Nazir müavini bu il taxılçılıqla bağlı ilkin proqnozları da açıqlayıb. O, bildirib ki, taxılçılıq sahəsində məhsuldarlığın yüksək olması üçün artıq Bitki Mühafizə Mərkəzləri bütün regionlarda ziyanvericilərə qarşı mübarizə tədbirlərinə başlayıb. 

Bu il taxılçılıqda məhsuldarlığın yüksək olacağı proqnozlaşdırılır. İlham Quliyev bildirdi ki, Kənd Təsəssüfaı Nazirliyi tərəfindən fermerlərə gübrələrin verilməsi, ziyanvuruculara qarşı mbarizənin aparılması, mütəxəsislərin yerindəcə məsləhət verməsi istiqamətində mühüm işlər gedir. O bu cür tədbirlərin kənd təsərrüfatına öz təsirini verəcəyinə inanır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM