• $
  • £

Bu məhsulların qiyməti bahalaşıb

Bu məhsulların qiyməti bahalaşıb
04.08.2015 21:16
İyul ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,9 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 12,6 və 2,0 faiz, həmçinin diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən buğdanın, noxud dəninin, yaşıl lobyanın, baş kələmin, qarpızın, qovun və yemişin, bibərin, xiyarın, badımcanın, süfrə çuğundurunun, kartofun, baş soğanın istehsalçı qiyməti ucuzlaşıb, fermentasiya edilməmiş tütünün və yem bitkilərinin istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən albalının, gilasın, çiyələyin, armudun, böyürtkənin istehsalçı qiyməti bahalaşıb, almanın, əriyin, alçanın, gavalının, findığın, qozun, dəfnə yarpağının istehsalçı qiyməti ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin, qoyun və keçilərin yuyulmamış yununun, mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti ucuzlaşıb, diri ev quşlarının, yumurtanın və təbii balın istehsalçı qiyməti isə bahalaşıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan Almaniyaya ixrac olunan neftin həcmi açıqlanıb
İqtisadiyyat 16:14
Azərbaycandan Almaniyaya ixrac olunan neftin həcmi açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:17
Azərbaycan nefti ucuzlaşıb
Bakı–Tbilisi–Qars dəmir yolunun rəsmi açılışı regionun nəqliyyat xəritəsini necə dəyişir? - TƏHLİL
İqtisadiyyat 12:01
Bakı–Tbilisi–Qars dəmir yolunun rəsmi açılışı regionun nəqliyyat xəritəsini necə dəyişir? - TƏHLİL
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:01
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan kapital bazarı investor etimadı axtarır
İqtisadiyyat 16:54
Azərbaycan kapital bazarı investor etimadı axtarır
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:02
Azərbaycan nefti ucuzlaşıb
ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!
İqtisadiyyat 15:31
ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!
Yelo Mobil POS ilə biznes daha əlçatandır!
İqtisadiyyat 13:14
Yelo Mobil POS ilə biznes daha əlçatandır!
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
İqtisadiyyat 13:10
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol