Bu qışa hazırıqmı?

21:56 | 07.08.2014
Bu qışa hazırıqmı?

Bu qışa hazırıqmı?

Bu il qışda Bakıda bütün evlər isti olacaq. “Azəristiliktəchizat” ASC-nin balansında olan bütün yaşayış binaları istilik sistemlərilə tam təmin olunub.Bu barədə ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev ANS PRESS-ə bildirib.Onun sözlərinə görə, bu il Bakıda 264 bina istilik sisteminə qoşulub. 37 yeni istilik qazanxanası tikilib. Baxmayaraq ki, rəsmi olaraq qış fəsli noyabrın 15-dən başlayır, artıq “Azəristiliktəchizat” ASC qabaqlayıcı tədbirlər görüb.“Bakıda 3142 yaşayış binası, 275 məktəb, 156 uşaq bağçası, 147 səhiyyə obyekti və 428 digər sosial obyekt istiliklə təmin edilib. İstilik mənbələrinin sayı 200 ədəd, 83 % artıb. 73 qazan aqreqatı əsaslı təmir olunub, 363 qazan mexaniki üsulla təmizlənib. 90 elektrik mühərriki əsaslı təmir olunub”, - deyə Rafiq Əliyev bildirdi.“Azəristiliktəchizat” ASC-nin sədri Bakının bu qışa tam hazır olduğunu bildirir. Rafiq Əliyev qış fəslində binaların qızdırılması ilə bağlı heç bir problemin olmayacağını vurğulayır. Bakı şəhər İcra Hakimiyyəti də qışa ciddi hazırlıq gördüyünü bildirir. BŞİH-dən ANS PRESS-ə verilən məlumata görə, yolların qardan təmizlənməsi üçün texnika hazırlanıb. Yollara səpilmək üçün duz, qum və s. tədarük görülüb. Eyni zamanda, mərkəzi, eləcə də kənar yollarda yaranmış çala-çuxurlar düzəldilib. Qışda ən vacib məsələlərdən biri də əhaliyə elektrik enerjisinin verilişində yaranan problemlərdir. “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu il qışda əhaliyə fasiləsiz, problemsiz elektrik enerjisi veriləcək. “Bu qış ötən illərə nisbətən daha yaxşı və dayanaqlı elektrik enerjisi veriləcək. Bunun üçün bir çox işlər görülüb. Əsas problemlər aradan qaldırılıb”.Tanrıverdi Mustafayev onu da əlavə edib ki, 110 kv 23 yarımstansiya tikilib, 35 kv 46 stansiya əsaslı təmir edilib. 20 min metr elektrik xətləri çəkilib. Bütün köhnə transformatorlar yeniləri ilə əvəzlənib. Bundan başqa, paytaxt ərazisindəki 10 mindən çox elektrik dirəkləri yenilənib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM