Bu rayonlarda su olmayacaq

13:00 | 26.11.2013
Bu rayonlarda su olmayacaq

Bu rayonlarda su olmayacaq

 Bu gün Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. «Azərsu» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Yasamal və Nəsimi rayonlarına verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə şəhərin giriş hissəsində - Moskva prospektindən keçən 500 mm diametrli magistral su  xətti üzərində yeni elektron su sayğacının quraşdırılması ilə əlaqədar içməli su kəsiləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM