Bu yolda hərəkət tam dayandı

11:30 | 23.10.2014
Bu yolda hərəkət tam dayandı

Bu yolda hərəkət tam dayandı

Hər gün olduğu kimi bu gün səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda, dəhşətli tıxac müşahidə olunur. ANS PRESS-in məlumatına görə, Sulutəpə qəsəbəsi ərazisində yolda hərəkət tam iflic olub. Tıxacdan sıxılan sürücülər maşınlarının mühərriklərini söndürərək gözləyirlər.Bundan bşqa, digər ərazilərdə də avtomobil sıxlığı müşahidə olunur. Əsasən Tbilisi prospeekti, Rəsulzadə qəsəbəsi, eləcə də Biləcəri, Binəqədi, Xırdalan, Dərnəgül istiqamətindəki yollarda avtomobil sıxlığı müşahidə olunur.Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Sulutəpə istiqamətində yol genişləndirilməsi məqsədilə tikinti işləri aparılır. Bu səbəbdən də, həmin ərazidə, Saray postuna qədər avtomobillərin hərəkətində problemlər yaranıb. İdarədən sürücülərə həmin istiqamətlərdə hərəkət edərkən diqqətli olmaq tövsiyyə edilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür