Bulvar işçiləri kurs keçəcək - VİDEO

19:37 | 12.02.2015
Bulvar işçiləri kurs keçəcək - VİDEO

Bulvar işçiləri kurs keçəcək - VİDEO

Avropa Oyunlarına hazırlıqla bağlı Dənizkənarı Milli Park İdarəsi əməkdaşları üçün ingilis dili kursları təşkil edəcək.

ANN.Az ANS-ə istinadən xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, kursların təşkilinə 2012-ci ildən başlanılıb. Hazırda işçilər rus və ingilis dillərində kifayət qədər danışa bilirlər.

N.Məcidov qalan əməkdaşlar üçündə kursların təşkil ediləcəyini deyir.

Qeyd edək ki, Avropa Oyunlarınadək hər kəs bulvarın istənilən ərazisində "Wi-Fi" xidmətindən yararlana biləcək. Nazim Məcidovun sözlərinə görə, hazırda əksər obyektlərdə bu xidmət var, lakin hələlik hamısını əhatə etmir. Avropa Oyunlarınadək "Wi-Fi" sisiteminin bütün bulvar ərazisini əhatə edəcəyi planlaşdırılır.

Fevral-mart aylarında bulvara yeni gəzinti qatarları gətiriləcək və Avropa Oyunlarına qədər, təxminən may ayında bulvarın yeni əraziləri də istifadəyə veriləcək.

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM