Bulvarda radioaktiv çirklənmə var? - AÇIQLAMA

15:56 | 06.12.2013
Bulvarda radioaktiv çirklənmə var? - AÇIQLAMA

Bulvarda radioaktiv çirklənmə var? - AÇIQLAMA

“Dənizkənarı bulvar ərazisi addım-addım yoxlanılıb. Orada hər cür istirahət şəraiti yaradılıb və radiasiya fonu yüksək ola bilməz. Tam şəkildə Bakıya xas olan 5-6 rentgen saat tərtibində radiasiya fonu var ki, bu da normadan 2-3 dəfə aşağıdır”. Bunu Modern.az saytına açıqlamasında AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. “Ümumiyyətlə, yalnız Abşeron yarımadasında neft-qaz çıxarılan yerlədə lokal çirklənmələr var ki, bu da mütəmadi olaraq ölçülür və yarandıqca aradan qaldırılır. Həmin sahə üzrə xüsusi qurum olan “İzatop” müəssisəsi var ki, onlar həmin yeri, ya təmizləyir”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Etibar Hüseynov “ “Deyilənə görə, teleqüllə ətrafı ərazilərdə radiasiya daha çoxdur. Elə həmin ərazidə də son dövrlər yeni evlər tikilir, yaşayış məskənləri salınır. Həmçinin radio və TV-lərin artması, mobil rabitə sisteminin çoxalması şüalanmanın artımını labüd edib. Təbii ki, bu insan həyatı üçün ciddi təhlükə yaradır. Çünki həmin yerlər uşaqlar, qocalar, xəstə insanlar, həmçinin hamilə qadınların daimi gəzinti yeridir. Bu baxımdan əlaqədar təşkilatlar məsələylə bağlı ciddi araşdırma aparmalı, təhlükə mənbəyini müəyyən etməlidir. Bunun xüsusilə daha çox yayıldığı ərazilər müəyyən olunmalı və əhaliyə xəbərdalıq edilməlidir, həmçinin həmin ərazidə insanların olması məhdudlaşdırılmalıdır. Əgər belə bi təhlükə varsa aradan qaldırılmalıdır“.

Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM