B.Yildırım: "Konstitusiya düzəlişlərini müxalifət də dəstəkləyir"

21:19 | 26.07.2016
B.Yildırım:

B.Yildırım: "Konstitusiya düzəlişlərini müxalifət də dəstəkləyir"


"Siyasi partiyalar uğursuz qiyam cəhdindən sonra konstitusiyaya düzəliş edilməsinə lazımınca ümumi zəmin görürlər”.

Bunu Türkiyənin baş naziri Binali Yıldırım, iyulun 25-də hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Nazirlər kabinetinin iclasına iprezident Racep Tayyip Erdogan rəhbərlik edib.

Binali Yıldırım hökumət, müxalidət partiyaları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin bir araya gəldiklərini deyir.

O qeyd edib ki, hazırda silahlı qüvvələrin komandanlığında olan polis (Jandarm) və sahil mühavizə qüvvələri, indən belə mülki daxili işlər nazirliyinə tabe olacaqlar.

Qeyd edək ki, iyulun 15-də edilən hərbi çeviriliş cəhdi zamanı 240-dan çox adam ölüb, 2 minə yaxın adamsa xəsarət alıb.

Hazırda ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimidir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM