Uilyam Heyqin istefasından sonra Böyük Britaniyanın xarici işlər idarəsinə hazırkı müdafiə naziri Filip Hammond başçılıq edəcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Sky News telekanalına hökumətdəki mənbələr bildirib.
“Britaniyanın yeni xarici işlər naziri Filip Hammond olacaq”, - Sky News vurğulayıb.
Məlum olduğu kimi, iyulun 15-nə keçən gecə Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq özünün Twitter-dəki səhifəsində istefaya getdiyini bəyan edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !