Böyük-Şorda istirahət mərkəzi yaradılır

09:23 | 18.08.2014
Böyük-Şorda istirahət mərkəzi yaradılır

Böyük-Şorda istirahət mərkəzi yaradılır

Gölünün bir hissəsi qurudulur, digər hissəsinin suyu isə təmizlənirSabunçu rayonu ərazisindəki Böyük-Şor yaşayış massivində 483 yaşayış evi və 6 obyekt sökülüb və təmizlik işləri aparılıb.Rayon icra hakimiyyətindən bildiriblər ki, xüsusi layihə əsasında Böyük–Şor gölünün bir hissəsi qurudulur, digər hissəsinin suyu isə təmizlənir.Belə ki, burada müasir tələblərə cavab verən istirahət mərkəzi və yaşıllıq sahəsinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirilir.Bununla yanaşı, ümumi sahəsi 18 min kvadratmetrə bərabər olan Balaxanı parkında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmaq üzrədir.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM