Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

09:38 | 02.04.2023
Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Azərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayacaq.

Son olaraq 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində İvaylo İvanov (Bolqarıstan) / Paul Kibikay (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.
 
Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Li Namhunun (Cənubi Koreya) müqavimətini qırmağa çalışacaq.

100 kq-dan yuxarı çəkidəki idmançılardan Uşangi Kokauri 1/16 finalda Yevgeni Balyevski (Ukrayna) / Qalimjan Krikbay (Qazaxıstan) duelinin güclüsü ilə görüşəcək.

Eyni çəkidəki Camal Qamzatxanov 1/32 finalda Şoxrux Mamarasulovla (Özbəkistan) qarşılaşacaq.

Daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb