Böyük Qafqaz dağları silsiləsində daş-qutu qəbirlər aşkarlanıb

16:07 | 21.10.2015
Böyük Qafqaz dağları silsiləsində daş-qutu qəbirlər aşkarlanıb

Böyük Qafqaz dağları silsiləsində daş-qutu qəbirlər aşkarlanıb

 Böyük Qafqaz dağları silsiləsində 12 daş-qutu qəbirlər aşkarlanıb.

"Report"un məlumatına görə, bu qutu qəbirləri ərazidə mal-qara otaran çobanlar görüb.

Qədim daş qəbirlər Qubanın Qonaqkənd ərazi vahidliyinə daxil olan Ödüc kəndi ərazisində, Böyük Qafqaz dağlarının dəniz səviyyəsindən 2 000 metr yüksəklikdə yerləşən zirvəsində tapılıb. Ərazidə mal-qara otaran 63 yaşlı Zahid Aslanov deyib ki, 40 ilə yaxındır ki, burada çobanlıq edir və ilk dəfə olaraq bu qəbirlərə rast gəlib: "Bu ərazi yaşayış məskənindən 55 kilometr arılada yerləşir. Biz həmişə yaylaqdan-qışlağa, qışlağdan-yaylağa bu ərazi ilə gedib gəlirik. Bura daimi qar örtüyü olan ərazilərdir. Bəzi hallarda olur ki, burada qar əriyir torpaq görsənir. Bu il qarın əriməsi ilə torpağ görünüb və qəbirlər aşkar olunub". 

"Report"un əməkdaşları qəbirlərin aşkar olunduğu yerdən bir neçə foto şəkil çəkib, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxelogiya və Etnoqrafiya İnustutunun aparıcı elmi işçisi Qəhrəman Ağayevə göstərib. Q.Ağayev bildirib ki, bu qəbirlər qədim dövrə aid olan Daş-Qutu qəbirlərdir: "Bu qəbirlər eramızdan əvvəlki dövrlərə aiddir. Bu qəbirlərə ona görə Daş-Qutu qəbirlər deyilir ki, bu tarixi qəbir abidələr qutu şəkildə olur və bu qəbirlərdə baş daşı olmur".

Q.Ağayev bu qəbirlərin tarixi cəhətdən olduqca əhəmiyyətli abidələr olduğunu vurğulayıb. Arxeoloq onu da əlavə edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxelogiya və Etnoqrafiya İnustutu qarşısında bu məsələ qaldırılmalı və çox elmi əhəmiyyətli olan qəbir abidələri elmi cəhətdən öyrənilməlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM