Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi

12:56 | 13.11.2018
Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi

Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi

Sumqayıtda üç yaşlı uşağın ölümündə təqsirləndirilən "Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti, zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Vəkil Əli Hüseynov Oxu.Az-a açıqlamasında deyib ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, İ.Qəmbərova verilən bəraət hökmü qüvvədə saxlanılıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM