Cahangir Hacıyev Kürdəxanıya köçürüldü

12:00 | 06.12.2015
Cahangir Hacıyev Kürdəxanıya köçürüldü

Cahangir Hacıyev Kürdəxanıya köçürüldü

Bu gün barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev artıq təcridxanaya köçürülüb.

”Qafqazinfo”nun Anspress-ə istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən C.Hacıyev Kürdəxanı 1 saylı İstintaq Təcridxanasına etap olunub.

Qeyd edək ki, daha öncə ”Qafqazinfo”nun əldə etdiyi məlumat əsasında sabiq bankir haqda Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 - külli miqdarda mənimsəmə maddələri ilə ittiham elan edildiyi məlum olub.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM