Trend-in məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyev özü də iştirak edib. Məhkəmə prosesi qapalı keçirilib.
Məhkəmə şikayəti təmin etməyib.
Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə),179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma), 312. (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərarla razılaşmayan C.Hacıyev həbs qərarından apelyasiya şikayəti vermişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !