• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Camaatın qabağına çıxa bilmirsənsə ərizə yaz get - Deputat İmişli hadisəsindən danışıb/Video

Camaatın qabağına çıxa bilmirsənsə ərizə yaz get - Deputat İmişli hadisəsindən danışıb/Video
03.02.2025 15:57
İmişlidə baş verən yol qəzasından sonra əraziyə icra başısı və polis rəisi gəlməyib. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.  
 
"Hadisə baş verib. İmişlidən olan deputatla danışmışam. Hadisə olan yer rayon mərkəzindən 3kilometr aralıdır. İcra başçısı və polis rəisi niyə gəlmirsən ora? Prokurordan başqa camaatın qabağına heç kim çıxmayıb. Camaatın qabağına polis düzməklə  qıcıqlandırdılar. Canımız prezidentə fədadır. Niyə onun siyasəti bu cür formada icra olunmalıdır. Camaatla bir ünsüyyət qur. Başa sal. Niyə xalqdan qaçırsız? Gedin bir həll edin bu məsələni. əgər xalqın qabağına çıxa bilmirsənsə ərizəni yaz çıx get!", - deputat fevralın 3-də Milli Məclisdə çıxışı zamanı deyib. 
 
Siyavuş Novruzov Daxili İşlər Nazirliyinə müraciət edə bildirib ki, İmişli hadisələrində həbs olunanları bağışlasınlar.
 
"Hadisədən  sonra18 nəfər həbs olunub. Əsəblərini idarə edə bilməyiblər. Onları dah bağışlasınlar. Qoy getsinlər evlərinə. Belə hərəkətlərdə rayon idarə edənləri xalqın qabağına çıxsın. Üzü yoxdursa ərizəni yazıb çıxsınlar", - deputat bildirib. 
 

Yanvarın 18-də İmişlidə "Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və "BMW” markalı DYP avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
Hadisə nəticəsində 3 məktəbli yerində öülb. Digər ikisi yaralanıb. Baş verən qəzada polis əməkdaşı da ağır yaralanıb. 
 
Hadisə nəticəsində 14 nəfər həbs olunub. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol