Cəbhə xəttində 3 erməni hərbçisi öldürüldü

13:15 | 18.12.2015
Cəbhə xəttində 3 erməni hərbçisi öldürüldü

Cəbhə xəttində 3 erməni hərbçisi öldürüldü

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarının nümayəndəsi deyib ki, ötən gecə cəbhədə vəziyyət gərgin keçib

Azərbaycan Silahlı Qüvvələri ötən gecə işğal altında olan Dağlıq Qarabağ bölgəsində 3 erməni hərbçisini məhv edib. 
"Report" xəbər verir ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarının nümayəndəsi deyib ki, ötən gecə qoşunların təmas xəttində vəziyyət gərgin keçib.

Separatçılarının nümayəndəsi məhv edilən erməni hərbçilərin adlarını da açıqlayıb. Bunlar 1996-cı ildə anadan olan Aqasi Qriqoryan, 1996-cı il təvəllüdlü Ruben Aleksanyan və 1992-ci ildə anadan olan Qor Ohanyandır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür