Cəbhəyanı bölgələrdəki məktəblərə təşkil olunan mediatur başa çatdı - Fotolar

16:14 | 21.02.2015
Cəbhəyanı bölgələrdəki məktəblərə təşkil olunan mediatur başa çatdı - Fotolar

Cəbhəyanı bölgələrdəki məktəblərə təşkil olunan mediatur başa çatdı - Fotolar

Ötən gün Təhsil Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə təşkil etdiyi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə təşkil olunan mediatur davam edib.
 
Ağcabədi, Ağdam rayonlarına edilmiş səfərdən sonra mediatur Tərtər rayonun təmas xəttinə ən yaxın məsafədə yerləşən Qapanlı kəndindəki F.Həmidov adına orta məktəbində davam etdirilib. Şagird və müəllim heyəti ilə görüşdən sonra məktəbin qarşısında media nümayəndləri ilə birgə xatirə şəkili çəkdirilib. 
 
Mediaturun sonuncu səfəri isə bölgədəki  "N” saylı hərbi hissəyə olub. Hərbi hissəyə səfər zamanı əsgərlərin döyüş hazırlıq təlimləri nümayiş edilib. Bununla da cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə təşkil oluna mediatur başa çatıb.

Qeyd edək ki, səfərin təşkilində məqsəd dövlət başçısının "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
 
Orxan Aslanlı
ANN.Az
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM