Cəbrayılda tikilən kompleks üçün 1 milyon manatdan çox vəsait ayrılıb

16:25 | 20.09.2024
Cəbrayılda tikilən kompleks üçün 1 milyon manatdan çox vəsait ayrılıb

Cəbrayılda tikilən kompleks üçün 1 milyon manatdan çox vəsait ayrılıb

Cəbrayılda 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahədaxili qaz təminatı, mənzillər üçün kombilərin alınıb quraşdırılması və daldalanacaqların hazırlanmasına  1 317 878 AZN  vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı elan saytında məlumat yerləşdirilib. 
 
Tenderin keçirən "MİDA" MMC bu işi "Qrup" MMC-ə həvalə edib. 
 
2026-cı ilə qədər Cəbrayılın Böyük Mərcanlı, Kaxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3193 nəfərin köçürülməsi planlaşdırılır. 
 
2024-cü il üçün Qarabağın 5 rayonuna məcburi köçkünlərin 30 ildən sonra ilk dəfə qaytarılması nəzərdə tutulub.
 
Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq. 
 
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib. 

Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub.
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM