Cəlilabadda polislərlə sürücülər arasında qarşıdurma - FOTO

09:24 | 07.08.2014
Cəlilabadda polislərlə sürücülər arasında qarşıdurma - FOTO

Cəlilabadda polislərlə sürücülər arasında qarşıdurma - FOTO

Cəlilabad Rayon Yol Patrul Xidmətinin əməkdaşları rayon ərazisində qanunsuz avtomobil idarə edən, eləcə də avtomobilin müəyyən hissəsində sonradan dəyişikliklər etmiş sürücülərə qarşı reyd keçirərkən insident yaşanıb.ANN.Az ANS PRESS-ə istinadən bildirir ki, bəzi sürücülər iddia edirlər ki, yol polisləri onları saxlayaraq fiziki zor tətbiq ediblər. Bu isə sürücülərlə Yol Patrul Xidmətinin əməkdaşları arasında insidentin yaranmasına səbəb olub.Sürücülər polisləri günahlandırsalar da yol polisləri də qarşı tərəfi ittiham ediblər. Elə çəkiliş apardığımızı görən yol polisləri nədənsə dərhal ərazidən uzaqlaşdılar.Hadisədə adı hallanan Cəlilabad Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin komandiri Yaşar Nağıyevdən açıqlama ala bilmədik. Amma məlumdur ki, sürücülər yol hərəkəti haqqında qanunun şərtlərinə riayət etməyə borclu olduqları kimi yol polisi əməkdaşları da vətəndaşlarla sivil qaydada davranmalıdır ki, sonradan bu kimi narazılıqlar baş qaldırmasın.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM