• $
  • €
  • ₽
  • ₺
  • £

​200-dən çox azərbaycanlı Latviya vətəndaşlığı almaq istəyir

​200-dən çox azərbaycanlı Latviya vətəndaşlığı almaq istəyir
19.09.2015 10:21
Latviyada əcnəbi investorların sərmayə yatırımı müqabilində vətəndaşlıq almasına imkan verən "İmmiqrasiya haqqında" Qanuna düzəlişlərdən sonra ilk 5 il ərzində ölkəyə 1,312 milyard avro həcmində vəsait daxil olub.

"Report" xəbər verir ki, bu rəqəmi "bn.ru" portalına müsahibəsində Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri üzrə İdarəsinin müdir müavini Mayra Roze səsləndirib.
Onun sözlərinə görə, bu həcmin 1,093 milyard avrosu vətəndaşlıq almaq üçün müraciət edən əcnəbilər tərəfindən Latviyada daşınmaz əmlak alınmasına xərclənib. Bundan əlavə, 148 mln. avro "Latviya banklarının subordinasiyalı kapitalına əmanət" maddəsi üzrə sərf olunub, təqribən 71 mln. avro isə Latviya şirkətlərinin kapitalına yatırım üçün xərclənib.
Proqramın ilk 5 illik icra müddəti ərzində 16 min 295 nəfər pasport almaq üçün ərizə verib. Müraciət edənlərin 255 nəfəri Azərbaycan vətəndaşıdır. Siyahıda birinci yerdə 11 min 194 nəfərlə Rusiya qərarlaşıb. İlk onluqda Çin (1315 nəfər), Ukrayna (1248), Özbəkistan (671), Qazaxıstan (596), Belarus (328), İsrail (73), ABŞ (52) və Gürcüstanın (48) adı var. Ümumilikdə 53 ölkənin nümayəndəsi Latviya vətəndaşlığı almaq üçün müraciət edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol