“20 Yanvar” metrostansiyası qərənfillərlə bürünəcək

20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar "20 Yanvar” metrostansiyası qərənfillərlə bəzədiləcək.
Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Nəsimi Paşayevin sözlərinə görə, həmin gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək:
"Ənənəvi olaraq hər il həmin gün bütün stansiyalarda faciə yad ediləcək. Metronun "20 Yanvar” stansiyası qərənfillərlə bəzədiləcək və matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da bütün qatarla fit verəcək.Bir dəqiqəlik sükutla faciə qurbanları yad ediləcək”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























