Lənkəran və Masallıda yaşayış məntəqələri işıqsız qaldı
![Lənkəran və Masallıda yaşayış məntəqələri işıqsız qaldı Lənkəran və Masallıda yaşayış məntəqələri işıqsız qaldı](https://anews.az/photo/850x500/2016-02/1454518306_img1953464.jpg)
Masallı rayonunda güclü yanğın hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə saat 16.30 radələrində rayonun Tüklə kəndi ərazisindəki elektrik yarımstansiyasında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən 3 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Lakin yanğın şiddətləndiyindən Lənkəran və Cəlilabad rayonlarından müvafiq olaraq daha 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğını lokallaşdırmaq mümkün olub.
Yarımstansiyadakı transformator yararsız vəziyyətə düşdüyündən Lənkəran və Masallı rayonlarının ümumilikdə 20-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda qəza briqadaları elektrik enerjisinin nəqli istiqamətində müvafiq tədbirlər görürlər.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər