Magistraturaya sənəd qəbulunun vaxtı uzadıldı

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb.
"Report"un xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytı məlumat yayıb.
Məlumata görə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı fevralın 20-si saat 12:00-dək uzadılıb.
Qeyd edək ki, magistraturaya imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl TQDK magistraturaya sənəd qəbulunun fevralın 1-dən 19-dək aparılacağını bəyan etmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























