• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah nazirlər Nizami Kino Mərkəzinə toplaşacaq

Sabah nazirlər Nizami Kino Mərkəzinə toplaşacaq
01.03.2016 12:11
Sabah şahmatla bağlı Dövlət Proqramının yekunlarına dair tədbirdə nazirlər Azad Rəhimov, Mikayıl Cabbarov və Mərkəzi Bankın sədri, Şahmat Federasiyasının prezidenti Elmar Rüstəmov iştirak edəcəklər. 

Tədbirdə 2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramının yekunlarına nəzər salınacaq Bu barədə Modern.az-a və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

"5 may 2009-cu il tarixdə ölkə Prezidenti İlham Əliyev tərəfindən "2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Bu Sərəncamın Bakı şəhərində keçirilmiş və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş möhtəşəm Azərbaycan-FİDE Dünya matçı ərəfəsində imzalanması təsadüf deyil. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən etibarən Respublikamızın 60-a yaxın şəhər və rayonlarında uşag-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilib. Hələ sovetlər dövründə Dünya Şahmat Tacının Azərbaycana gətirilməsində də Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bəri keçən müddət ərzində şahmatçılarımızın müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəni layiqincə təmsil edərək yüksək nəticələrə nail olub, 80-dən çox medal, o cümlədən 32 qızıl medal qazanıbar. Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FİDE ustası, 15 benəlxalq hakim və 16 FİDE hakimi vardır. Azərbaycan şahmatı dünya arenasında artıq elə bir yüksəlişə keçib ki, hətta 2014-cü ildə Norveçdə keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında komandamızın 179 ölkə arasında 2-5-ci yerləri bölüşdürüb.

Dövlət Proqramının əsas məqsədi şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə şahmatın və onun infrastrukturunun daha da inkişaf etdirilməsi, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər şahmat mütəxəssislərinin hazırlanmasını təmin edilməsidir. Ölkənin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılması, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün tədbirlər planının həyata keçirilməsi Dövlət Proqramının əsas istiqamətlərindəndir. Qeyd edək ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndiricisi Gənclər və İdman Nazirliyi müəyyən edilmişdi.

Keçən dövr ərzində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyası ilə birlikdə 40-a yaxın müxtəlif Azərbaycan birinciliyi və çempionatları, o cümlədən Ulu öndər Heydər Əliyevin xatirəsinə və Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş beynəlxalq şahmat festivalları təşkil edilib keçirilib. Misal üçün qeyd edək ki, 2014 və 2015-ci illərdə Vüqar Həşimovun xatirəsinə həsr edilmiş, hal-hazırki dünya çempionu Maqnus Karlsen və digər keçmiş dünya çempionalarının iştirakı ilə, dünyanın ən yüksək kateqoriyalı beynəlxalq turnirləri ölkəmizdə keçirilib.

Gənclər və idman nazirliyinin Təhsil Nazirliyi ilə aparılan birgə işlər nəticəsində respublikanın 70-dən çox orta ümumtəhsil məktəbində "şahmat” fənninin tədrisinə başlanılmışdır. Dövlət Proqramının başa çatmasından keçən dövr ərzində Proqram əsasında görülən işlər dərin təhlil edilmiş, hansı işlərin tam icra edildiyi, hansı işlərin isə daha yüksək səviyyədə təşkil edilə bilməsi imkanları araşdırılmışdır”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol