• $
  • €
  • ₽
  • ₺
  • £

I sinfə şagird qəbulu ilə bağlı apellyasiya komissiyası yaradıldı

I sinfə şagird qəbulu ilə bağlı apellyasiya komissiyası yaradıldı
29.05.2020 04:41
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva təhsil nazirinin "2016/2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 19 fevral 2016-cı il tarixli 108 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "İşçi qrupunun yaradılması barədə” 25 fevral 2016-cı il tarixli 93 nömrəli əmrlərin icrasını təmin etmək məqsədilə əmr imzalayıb.
 
APA-nın xəbərinə görə, əmrdə 2016/2017-ci dərs ili üçün I sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etmək üçün Bakı şəhərinin 6 təhsil müəssisəsində təşkil olunacaq apellyasiya komissiyalarının (bundan sonra Komissiya) dislokasiyası və tərkibi təsdiqlənib.
 
Əmrdə qeyd olunub ki, Komissiyanın işinin səmərəli təşkili üçün telefon və davamlı internet bağlantısı ilə təchiz olunmuş otaq ayrılsın, Komissiya və onun iş rejimi ilə əlaqədar zəruri məlumatları əhatə edən elanların müəssisənin girişində nəzərə çarpan yerdə (qəbul günləri və saatları, məsul şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı) yerləşdirilməsi təmin edilsin. Komissiyalar I mərhələdə 2016-cı il martın 1-dən iyunun 14–dək, II mərhələ iyunun 20-dən sentyabrın 20-dək (iyul ayı istisna olmaqla) fəaliyyət göstərəcək.
 
Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 10.00-dan 16.00-dək həyata keçiriləcək. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil edilir.
 
Əmrlə Komissiya rəhbərlərinə vətəndaşların müraciətlərinə obyektiv, tam və hərtərəfli baxılsın, işçi qrupla vətəndaş arasında yaranmış mübahisələrin və fikir ayrılıqlarının tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsini, müraciətlərə dərhal baxılmasını, araşdırmanın dəqiq aparılması üçün ehtiyac olduğu halda işçi qrupdan əlavə məlumatların alınmasının təşkilini, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etmək tapşırılıb.
 
Qeyd edək ki, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2016-cı il martın 1-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.azsaytı vasitəsilə aparılacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol