• $
  • €
  • ₽
  • ₺
  • £

Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacaq

Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacaq
17.03.2016 15:54
SOCAR prezidenti Rövnəq Abdullayev itkin düşən neftçilərin ailə üzvləri ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli” yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvləri ilə görüşüb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, əvvəlcə, həlak olan və itkin düşən neftçilər anılıb. SOCAR-ın prezidenti Xəzər dənizində bu cür təbii fəlakətlərin çox nadir hallarda baş verdiyini qeyd edib, qəzadan dərhal sonra Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını bildirib, ötən müddət ərzində Komissiyanın rəhbərliyi altında görülmüş tədbirlərdən danışıb, həlak olan və itkin düşən neftçilərin axtarış işlərinin fasilə verilmədən aparıldığını söyləyib, son cəsədlərin tapıldığı Türkmənistan Respublikası ərazisində axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. 

Bu hadisənin SOCAR ailəsinə daxil olan çoxminli neftçiləri dərindən sarsıtdığını söyləyən şirkət prezidenti həlak olan və itkin düşənlərin bütün neftçilər tərəfindən bir an da olsun unudulmadığını vurğulayıb, onların ailə üzvlərinə qayğı göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib, bu görüşün də onların qayğı və problemləri ilə maraqlanmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Qəzada xilas edilmiş neftçilərin müalicə-reabilitasiyasına da hərtərəfli dəstək verilməsinə toxunan R.Abdullayev Prezident İlham Əliyevin göstərişlərinə əsasən, zərər çəkmiş bütün insanların sosial təminatları ilə bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılacağını vurğulayıb. 
İtkin düşənlərin ailə üzvləri ilə SOCAR rəhbərliyi nümayəndələrinin indiyə qədər keçirilmiş görüşləri haqqında məlumatlı olduğunu bildirən R. Abdullayev görüş işitirakçılarını narahat edən məsələlərlə maraqlanıb, onların arzu və istəklərini dinləyib, suallarına cavab verib. İtkin düşən neftçilərin ailə üzvlərindən Esmira Əhmədova, Hüseyn Xəlilov, Azər İskəndərov, Nəcməddin Nəcməddinov, Simuzər Rzaxanova və başqaları qarşılaşdıqları problemlərdən söz açıb, bu problemlərin həlli üçün SOCAR rəhbərliyinin köməyinə ehtiyac yarandığını söyləyiblər. 

SOCAR-ın prezidenti görüşdə qaldırılan məsələlərin həlli istiqamətində şirkət tərəfindən hər cür dəstək göstəriləcəyini qeyd edib, itkin düşənlərin ailə üzvlərinin üzləşdikləri çətinliklərin aradan qalıdırılmasına yardım edilməsinin hər şeydən öncə, vətəndaşlıq borcu olduğunu bildirib. O, dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli” yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacağını söyləyib, ölənlərə Allahdan rəhmət, itkin düşənlərin ailə üzvlərinə səbr diləyib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol