• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevə “Caspian Energy Award” beynəlxalq mükafatı təqdim olunacaq

İlham Əliyevə “Caspian Energy Award” beynəlxalq mükafatı təqdim olunacaq
07.04.2016 11:07
Bu il noyabrın 30-da Bakıda keçiriləcək IV Beynəlxalq "Caspian Energy Forum - 2016”nın rəsmi açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti, "Caspian European Club"un (Caspian Business Club) sədri İlham Əliyevə "İlin islahatçısı” nominasiyası üzrə "Caspian Energy Award” beynəlxalq mükafatı təqdim olunacaq.

ANN.Az xəbər verir ki, bunu "Caspian European Club"un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

"Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə "Caspian Energy"nin oxucu auditoriyasına – siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. "Caspian Energy Award”beynəlxalq mükafatı "Caspian European Club" (Caspian Business Club) və "Caspian Energy International Media Group"un dəstəyi ilə təşkil olunur.

Telman Əliyevin sözlərinə görə, "Caspian Energy International Media Group"un təşkil etdiyi beynəlxalq foruma "Caspian European Club"un (Caspian Business Club) deleqatları gələcəklər. Tədbirdə Azərbaycanın və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng xarici şirkətlərin başçıları iştirak edəcəklər.

Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya enerji bazarlarına inteqrasiyasının aspektlərinin müzakirəsi nəzərdə tutulan "Caspian Energy Forum" keçiriləcək. Azərbaycanın enerji, nəqliyyat və infrastruktur layihələrindəki hakim mövqeyi, artan upstream qaz sektoru, Cənub Qaz Dəhlizi layihələri, Xəzərin resurs potensialı müzakirə olunacaq.

Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş "Caspian Business Forum" baş tutacaq. "Caspian Business Forum" çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, nəqliyyat, inşaat və s. kimi qeyri-neft sektorlarına innovasiyaların tətbiqi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması məsələləri müzakirə olunacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol