• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblilərin qidalanması mövzusunda maarifləndirici tədbirlər davam edir

Məktəblilərin qidalanması mövzusunda maarifləndirici tədbirlər davam edir
01.12.2016 17:28
Bakıdakı 276 nömrəli tam orta məktəbdə "Sağlamlıq forumları” adlı maarifləndirici tədbir keçirilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən ANN.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası məqsədilə həyata keçirilən tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi və  İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə Bakıdakı 3, 102  nömrəli  tam  orta  məktəblərin  müəllim, şagird, valideyn kollektivi və məktəblərdə fəaliyyət göstərən yeməkxanaların əməkdaşları iştirak ediblər.

İnteraktiv müzakirə formatında keçən tədbirdə şagirdlərə sağlam həyat tərzi, məktəblilərin qidalanması, artıq çəki, fiziki aktivlik və digər məsələlər barədə məlumat verilib, şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.

Forumda fəal iştirak etmiş şagirdlərə hədiyyələr təqdim olunub.

Qeyd  edək ki, müvafiq tədbirlər daha öncə Bakı şəhərindəki 5, 12, 177, 189-190 nömrəli tam orta məktəblərdə də təşkil olunub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol