• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

"Bakıda hotellər İran turistləri tərəfindən bronlanıb"

14.03.2017 10:00
Novruz bayramında istirahət günləri üçün Bakıdakı hotel yerləri daha çox xarici, regionlardakı hotellər isə yerli turistlər tərəfindən bron edilib, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Bakıda hotellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlanıb. Novruzda Azərbaycanda istirahət edəcək əcnəbilər arasında Rusiya, ərəb ölkələri vətəndaşları da var.

M.Ağakərimov bildirib ki, Novruzda 9 qeyri-iş günü olmasından istifadə edən Azərbaycan vətəndaşları daha çox regionlardakı hotellərdə dincəlməyə üstünlük veriblər.

Onun sözlərinə görə, əsasən, Şəki, Qəbələ, Qusar, Qubadakı hotellərdə yerlər bronlanıb.

Qeyd edək ki, bu il Novruz bayramı münasibəti ilə 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab ediləcək. Bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə martın 18-dən 27-dək (martın 27-də iş günü olacaq) istirahət edə biləcəklər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol