• $
  • €
  • ₽
  • ₺
  • £

“Rus Evi”nin rəhbəri danışdı

“Rus Evi”nin rəhbəri danışdı
12.02.2025 17:29

Bakıda  Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərdikləri üçün fəaliyyətinin dayandırıldığı “Rus Evi”nin rəhbəri İrek Zinnurov  bu evin "bağlanmasının üçüncü tərəf üçün sərfəli ola biləcəyi barədə bəyanat verib. 

" "Rus Evi"nin qapadılması həm Azərbaycan, həm də Rusiya tərəfi üçün üzücü bir hadisədir. Üçüncü bir tərəf oturub, əllərini ovuşdurur və buna sevinir... Bu üçüncü tərəf bu vəziyyətdən istifadə edir və mümkün qədər daha çox odun üstünə barıt tökməyə çalışır",  -  Zinnurov RT müsahibəsində bildirib .

O,  qeyd edib ki, 2024-cü il ərzində Bakıda “Rus Evi” tərəfindən 800-dən çox tədbir keçiriib. 

Əvvəlcə rəsmi Bakı  “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyini və təşkilatın ölkə qanunvericiliyini ciddi şəkildə pozduğunu açıqlayıb.

 Bunun ardınca  fevralın 3-də “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, ölkə ərazisində bu cür təşkilatların fəaliyyəti milli qanunvericiliyə, dövlətlərarası qarşılıqlı prinsipə və ikitərəfli əsasda əldə edilən razılaşmalara uyğun şəkildə tənzimlənir.

Azərbaycan tərəfinin “Rus Evi”nin ölkədə fəaliyyətinin dayandırılması ilə bağlı qərarına əsasən, Rusiyanın da bu istiqamətdə müvafiq addımlar atacağı gözlənilir.

Firayə Nurizadə

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol