• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Əhəd Abıyev yenə rinqə çıxdı - FOTOLAR

Əhəd Abıyev yenə rinqə çıxdı - FOTOLAR
16.03.2017 22:48
Martın 16-da Daşkəsən şəhərinin Heydər Əliyev meydanında Novruz bayramı ilə bağlı rayon sakinlərinin iştirakı ilə bayram tədbiri keçirilib.


Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbirdə təbrik nitqi söyləyib. O, çıxışında hər kəsi bayramı münasibətilə təbrik edib: "Sevindirici haldır ki, bu gün həm də Daşkəsən şəhərinin salınmasının 69-cu ildönümü gününə təsadüf edir. Novruz bayramı Azərbaycanın digər bayramlarından ona görə seçilir ki, təbiətdən gəlmiş bayramdır, eyni zamanda da vətəndaşların maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan onu sevinc hissi ilə qeyd edir.


Ümummilli Lider Heydər Əliyev Novruz bayramı haqqında danışarkən demişdir: "Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Ona görə də bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir”.


Ölkəmizdə çox sevilən bu günün bayram edilməsi əsrlərdən bəri qoruyub saxladığımız gözəl adət-ənənələrimizin əbədi yaşamasının parlaq nümunəsidir”.


Ə.Abıyev daha sonra deyib: "Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təbii sərvətlərlə zəngin Daşkəsənimiz də son illərdə özünün sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Bu illər ərzində Daşkəsənin sosial-iqtisadi, mədəni siması tamamilə dəyişmişdir. 2014-cü ilin oktyabr ayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Daşkəsənə unudulmaz tarixi səfəri rayonumuzun sürətli sosial-iqtisadi inkişafının parlaq təzahürü olmuşdur.


Bu xoş əhval-ruhiyyəli bayram günündə Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün Daşkəsən ictimaiyyəti və şəxsən öz adımdan yüksək ehtiramımızı, sədaqət və inamımızı, göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk”.


Ə.Abıyev təbrik nitqindən sonra ümumrayon tədbirində nümayiş etdirilən el sənəti və milli mətbəx nümunələrinə baxış keçirib. Rayonun Heydər Əliyev meydanında keçirilən ümumrayon şənliyi el aşıqları, musiqiçilərin ifaları və idmançıların müxtəlif idman nömrələri və rəngarəng əyləncəli proqramları ilə davam etdirilib.


Daha sonra bayram tədbiri rayon ərazisində yerləşən ən müasir tipli yeni tikilmiş "N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə yüksək səviyyədə davam etdirilib. Əhəd Abıyev və rayon ictimaiyyəti bu bayram tədbirində iştirak edib, gətirdikləri hədiyyələri və bayram sovqatlarını əsgərlərə veriblər.


Əhəd Abıyev hər il olduğu kimi, bu il də bayram münasibəti ilə təşkil edilən şənlikdə boks rinqində öz məharətini göstərib.
 






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol