• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisi prospektində dıyişikliklər gözlənilir

Tbilisi prospektində dıyişikliklər gözlənilir
27.04.2017 14:04
Bakı Nəqliyyat Agentliyi təkliflər hazırlayıb: Tbilisi prospektində hər iki istiqamətdə hərəkət zolaqlarının sayı artırılmalıdır.

Bakı şəhərinin Tbilisi prospektində yerləşən dairədə dayanacaqlar döngələrdən dərhal sonra quraşdırıldığı üçün, bu, avtonəqliyyatın ümumi axınına problemlər yaradır. Paytaxtda işıqforlar, piyada keçidləri və avtobus dayanacaqları nəqliyyatın normal axınına maneə törədən əsas problemlərdir. 

"Report" xəbər verir ki, bu fikir Tbilisi dairəsində nəqliyyat axının tənzimlənməsinə dair Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən hazırlanan təkliflərdə qeyd edilib.

Tbilisi dairəsində ("İST Petrol" yanacaqdoldurma məntəqəsinin önündə) Tbilisi prospekti, Həsən Əliyev küçəsi və Şəfayət Mehdiyev küçəsinin kəsişdiyini qeyd edən BNA dairədə tənzimlənməyən piyada keçidinin nəqliyyat axınının hərəkətinə maneə olduğunu müəyyən edib: "Bundan başqa, eyni istiqamətdə hərəkət zolaqlarının dəyişməsi intensiv hərəkətə çətinlik yaradır. İşıqforlar isə düzgün tənzimlənmədiyi üçün yolun ötürücülük qabiliyyətini aşağı salır".

BNA bu ərazidə nəqliyyatla bağlı problemin həlli üçün hazırladığı təkliflərdə dayancaqların yenidən qurulması, Tbilisi prospektində hər iki istiqamətdə hərəkət zolaqlarının sayının artırılması, yeni işıqforların quraşdırılması və dövriyyənin yenidən nizamlanması, tənzimlənməyən piyada keçidinin ləğv edilməsi, nizamlanan piyada keçidinin təşkil olunması təşəbbüsü ilə çıxış edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol